XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



“Real” zirvədəki yerini möhkəmlətdi​ ​
İdman 11:49 / 03.07.2020

Futbol üzrə İspaniya La Liqasında 33-cü turun son oyunu keçirilib. "Real Madrid” doğma azarkeşlər önündə "Xetafe” komandasını qəbul edib.

Madriddəki "Alfredo Di Stefano” stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 79-cu dəqiqədə penaltidən Serxio Ramos vurub.
Bu qələbə sayəsində xalını 74-ə çatdıran "Real Madrid" ilk pillədə möhkəmlənib və sona 5 tur qalmış ən yaxın izləyicisi "Barselona”dan 4 xal irəlidədir. "Xetafe” isə 52 xalla 6-cı pillədə qərarlaşıb.


19905 oxunub

InvestAZ