XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Formula 1-in göy qurşağlı avtomobili
İdman 13:28 / 02.07.2020

Formula 1 2020 mövsümündə istifadə ediləcək təhlükəsizlik və tibbi seriyalı avtomobilin yeni dizaynını nümayiş etdirib. Əsas xüsusiyyət avtomobillərin kapotlarında və ya qapılarında göy qurşağının təsvir edilməsidir. Bu, irqçilik, ayrıseçkilik və sosial ədalətsizliklə mübazirə məqsədi ilə Formula 1-in təşəbbüsünün dəstəklənməsi üçün edilib.

Qeyd edək ki, Formula 1-də ilk 8 Qran-prinin təqvimi məlumdur. Mövsümə Avstriyada (3 - 5 iyul və 10 - 12 iyul) start veriləcək. Daha sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.
İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.


40871 oxunub

InvestAZ