XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Millimizin​​ oyunlarının vaxtı​​ müəyyənləşdi​
İdman 17:46 / 30.06.2020

Avropa Voleybol Konfederasiyası (CEV) kişilər və qadınlar arasında 2021-ci ildə keçiriləcək Avropa çempionatlarının yeni tarixlərini açıqlayıb.​

Koronavirus pandemiyası üzündən təxirə salınan yarışların seçmə mərhələ oyunları gələn ilin əvvəlində baş tutacaq.
Qadınlardan ibarət Azərbaycan millisi birbaşa AVRO-2021-dən mübarizəyə başlayacaq, kişi voleybolçular seçmə mərhələdə qüvvəsini sınayacaq. Komanda I dövrəni yanvarın 7-10-da Gürcüstanda, 2-ci dövrəni ayın 14-17-də Monteneqroda keçirəcək.
Qeyd edək ki, Kişilərdən ibarət Azərbaycan millisi F qrupunda Gürcüstan və Monteneqro ilə yanaşı, Yunanıstanla üz-üzə gələcək.


20955 oxunub

InvestAZ