XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



NBA-da COVİD-19-a​​ yeni yoluxma aşkarlandı​​ ​
İdman 17:06 / 30.06.2020

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Bruklin Nets" komandasının iki oyunçusunda koronavirus aşkarlanıb.​

Bunlar Spenser Dinviddi və Deandre Cordandır. Hər iki basketbolçunun test nəticəsi müsbət olub.​
Cordan mövsümün qalan hissəsi üçün​ Florida ştatının Orlando şəhərinə getməyəcəyini bildirib.​ Dinviddi isə durumunun bəlli olmadığını söyləyib.​
Qeyd edək ki, NBA-da mövsümün iyulun 31-də 22 komandanın iştirakı ilə bərpası planlaşdırılır.
Komandaların hamısı matçlarını Florida ştatının Orlando şəhərində keçirəcək. Qarşılaşmalar boş tribunalar önündə oynanılacaq.
NBA-da cari mövsümün görüşləri martın 12-də koronavirus səbəbindən dayandırılıb.​​ Daha öncə​ "Sakramento Kinqs"in iki oyunçusu koronavirusa yoluxub.​


21141 oxunub

InvestAZ