XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Miralem Pyaniç “Barselona”da
İdman 15:00 / 30.06.2020

İspaniyanın "Barselona” futbol klubu İtaliyanın "Yuventus” komandasının yarımmüdafiəçisi Miralem Pyaniçi transfer edib.

Kataloniya təmsilçisi bu transfer üçün 65 milyon avro ödəyəcək. Otuz yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, M.Pyaniç cari mövsümdə Turin klubunun heyətində keçirdiyi 36 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.


18157 oxunub

InvestAZ