XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Moskvada​​ FİDE-nin​​ ofisi açılacaq
İdman 12:16 / 30.06.2020

Moskvada​​ Beynəlxalq​ Şahmat​​ Federasiyasının​ (FIDE)​​ ofisi​​ açılacaq.​​ Ofisdə Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işləri həyata keçiriləcək.

FIDE-nin prezidenti Arkadi Dvorkoviç bu barədə TASS informasiya agentliyinə müsahibəsində bildirib. O, mövzu ilə bağlı uzun müddət müzakirələrin getdiyini deyib. "Ümid edirəm ki, FIDE-nin Moskva ofisi tezliklə fəaliyyətə başlayacaq və orada Şahmat Olimpiadasına hazırlıq yüksək səviyyədə həyata keçiriləcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, FIDE-nin mənzil-qərargahı İsveçrənin Lozanna şəhərində yerləşir.
Xatırladaq ki, Şahmat Olimpiadası 2021-ci ildə Rusiyanın Moskva və Xantı-Mansiysk şəhərlərində keçiriləcək.


35948 oxunub

InvestAZ