XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Almaniyalı forvard​​ karyerasını bitirdi
İdman 18:02 / 29.06.2020

Futbol üzrə Almaniya milli komandasının sabiq hücumçusu Mario Qomes futbolçu karyerasını başa vurub.​

O, ötən gün "Ştutqart"ın heyətində peşəkar karyerasında sonuncu matçını keçirib.
İkinci Bundesliqada mövsümün son turu çərçivəsində "Darmştadt" ilə ev oyununa start heyətdə başlayan 34 yaşlı forvard, 82-ci dəqiqədə əvəzlənib. Komandasının 1:3 hesablı məğlubiyyətlə üzləşdiyi oyunda meydan sahiblərinin yeganə qolunu da məhz Qomes vurub.
Mario peşəkar futbolçu karyerasına məhz "Ştutqart"da başlayıb. Daha sonra o, "Bavariya", "Fiorentina", "Beşiktaş" və "Volfsburq" kimi klublarda da çıxış edib. 2017/18 mövsümünün dövrələrarası fasiləsi zamanı isə o, yenidən "Ştutqart"a qayıdıb.
Qeyd edək ki, Qomes üç dəfə Almaniya çempionu olub. O, 2010-cu ildə Almaniya millisinin heyətində dünya çempionatının bürünc medallarını qazanıb. Almaniyalı hücumçu 2015/16 mövsümündə "Beşiktaş"la da Türkiyə çempionu adını qazanıb, 26 qolla çempionatın bombardiri olub.


33767 oxunub

InvestAZ