XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Ronaldodan növbəti rekord
İdman 16:27 / 27.06.2020

"Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu İtaliya A Seriyasında növbəti nailiyyətə imza atıb.

Portuqaliyalı hücumçu XXIX turun "Leççe" ilə ev oyununda da fərqlənərək, İtaliyada 20-ci komandanı məyus edib.​​ Bununla da ölkədə 35 yaşlı forvardın qol vurmadığı yalnız bir komanda - "Kyevo" qalıb. Ronaldu 2018/2019 mövsümündə Verona təmsilçisi ilə ev oyununda da bu şansa malik olub. Lakin həmin qarşılaşmada o, penaltini dəqiq yerinə yetirə bilməyib.
Əvəzində təcrübəli qolçu "Leççe" ilə oyunun 62-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, hesabı turinlilərin xeyrinə 2:0 edib. Görüş isə "Yuventus"un böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsümdə bütün yarışlarda "Yuventus"un heyətində 35 görüşdə iştirak edərək 26 qol vurub, habelə 4 məhsuldar ötürmə edib.


20230 oxunub

InvestAZ