XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Fransa klubunda növbəti yoluxma
İdman 13:13 / 27.06.2020

Fransa "Dijon"unun futbolçularından biri koronavirus xəstəliyinə yoluxub.​

Adı açıqlanmayan oyunçuda tibbi testlər nəticəsində aktiv və simptomsuz hal aşkarlanıb. Hələlik onun sağlıq durumu həyatı üçün təhlükə törətmir.
Mövcud tibbi protokollara uyğun olaraq, həmin şəxs karantini evində keçirəcək. Futbolçuları, personalı və bütün əməkdaşlarının sağlamlığını qorumaq üçün "Dijon" Fransa hökumətinin müəyyənləşdirdiyi qaydalara gələcəkdə də əməl edəcəyini bildirib.​
Qeyd edək ki, Fransada mövsüm vaxtından əvvəl yekunlaşdırılıb və PSJ qalib elan olunub.​​ "Dijon" isə 16-cı yeri tutub.


17318 oxunub

InvestAZ