XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Trabzonspor" çempionluq yolunda büdrədi
İdman 10:03 / 28.06.2020

"Trabzonspor" Türkiyə Super Liqasında növbəti oyununu keçirib. "Bordo mavilər" öz meydanında​ "Ankaragücü"nü qəbul edib. Artıq 3-cü dəqiqədə Şörlot qonaqları məyus edib. İlk hissədə başqa qol olmayıb. Çempionluğa oynuyan Qara dəniz təmsilçisi 63-cü dəqiqədə zirvəyə gedən yolda zərbə alıb. Meydan sahiblərinin qapısına təyin edilmiş penaltini Gerson​ dəqiq yerinə yetirib. Paytaxt təmsilçisinin yeganə qolunun müəllifi 82-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, 28 oyun keçirən "Başakşəhər" 59 xalla turnir cədvəlinə liderlik edir. Liderdən bir oyun artıq keçirən "Trabzonspor"un 58 xalı var. 53 xal toplamış "Sivasspor" ilk üçlüyü tamamlayır.

"Trabzonspor" - "Ankaragücü" 1:1
Qollar: Şörlot, 3; Gerson, 63 (pen).


17489 oxunub

InvestAZ