XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Döyüş Abu-dabidə keçiriləcək
İdman 15:00 / 26.06.2020

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi​​ Həbib Nurməhəmmədovun ABŞ təmsilçisi​​ Castin Getji​​ ilə görüşünün vaxtı bəlli olub.

Bu barədə dağıstanlı idmançının meneceri Ali Abdel-Aziz məlumat verib.​ O, hər iki idmançının UFC 253 turnirində qarşılaşacağını və yarışın sentyabrın 19-da Abu-Dabidə baş tutacağını deyib.​
Qeyd edək ki, Castin Getji yüngül çəkidə müvəqqəti çempionluq titulunun sahibidir. O, mayda həmyerlisi Toni Ferqyusonu məğlub edib. 31 yaşlı idmançı keçirdiyi görüşlər ərzində 22 qələbə qazanıb, 2 dəfə məğlub olub.​​ Nurməhəmmədov isə 28 qarşılaşmanın heç birində uduzmayıb.​


22247 oxunub

InvestAZ