XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Zidandan Ramosla bağlı açıqlama
İdman 10:21 / 26.06.2020

"Real Madrid” klubunun baş məşqçisi Zinədin Zidan, komandanın hüdafiəçisi Serxio Ramosla bağlı fikirlərini bölüşüb.

"Serxio Ramos komandanın kapitanı və lideridir. O, artıq uzun müddətdir ki, "Real Madrid”in şərəfini qoruyur. Hesab edirəm ki, məhz buna görə o, karyerasını bu klubda bitirməlidir”, - deyə təcrübəli mütəxəssis deyib.
Qeyd edək ki, S.Ramos 2005-ci ildən "Kral klubu”nun formasını geyinir. O, komanda tərkibində 664 oyun keçirərək, 94 qol vurub və 38 məhsuldar ötürmə edib. 34 yaşlı futbolçunun "Real Madrid” klubu ilə olan müqaviləsi 2021-ci ilin iyun ayına kimi qüvvədədir.


15621 oxunub

InvestAZ