XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



İspaniya klubunda məşqçi istefası
İdman 16:00 / 21.06.2020
Xoan Rubi İspaniyanın "Betis" futbol komandasının baş məşqçi postundan istefaya göndərilib.
Bu qərar La Liqanın XXX turunda "Atletik"ə 0:1 hesablı səfər məğlubiyyəti ilə bitən oyundan sonra verilib. 50 yaşlı mütəxəssisi mövsümün sonunadək idman direktoru Aleksis Truxilyo əvəzləyib.
Truxilyo 7 mövsüm ərzində "Betis" forması ilə 264 matçda iştirak edib. O, 2016/2017-ci illər mövsümündə də son 2 matçda komandanın sükanı arxasında olub.
Qeyd edək ki, 30 oyundan sonra 30 xalla 14-cü yerdə gedən "Betis" növbəti turda "Levante"nin qonağı olacaq. Oyun iyunun 28-də keçiriləcək.

35465 oxunub

InvestAZ