XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Benzema bombardirlər siyahısında beşincidir
İdman 14:28 / 19.06.2020
"Real Madrid” klubunun hücumçusu Kərim Benzema İspaniya çempionatının 29-cu turunda "Valensiya” üzərində qazanılan 3:0 hesablı qələbədən danışıb. O, qeyd edib ki, oyun heç də asan olmayıb. Fransız futbolçu dublunu rəsmiləşdirərək, klubun tarixində ən yaxşı bombardırlər siyahısında beşinci olub. Qeyd edək ki, K.Benzema qol sayında görə Ferents Puşkaşı da geridə qoyub. "243-cü qol? Mən belə bir şey təsəvvür etmirdim. Bu çox sevindirici haldır. Daha da inkişaf etmək üçün çox çalışıram və çalışmağa davam edəcəyəm. Bu klubun şərəfini qoruduğum üçün çox şadam. Oyun asan deyildi. Lakin biz qol şanslarımızı əldən vermədik və qələbə qazandıq. Bu çox vacibdir çünki "Valensiya” əla komandadır. İkinci qolda hər şey çox sürətlə baş verdi. Marko Asensionun ötürməsini qəbul etdim və topu qapıdan keçirdim. Kənardan qapıya qol vurmaq asan görsənir. Əslində isə bu sürət və cəldilik tələb edir”, - deyə Kərim Benzema vurğulayıb.
16468 oxunub

InvestAZ