XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Kazbek Tuayev: Ümid edirəm ki, növbəti mövsümü pandemiyanın olmadığı sağlam şəraitdə izləyə biləcəyik”
İdman 15:24 / 18.06.2020
"Fikrimcə, ölkə çempionatının ləğv olunması doğru qərar idi. Belə bir şəraitdə çempionatı davam etdirmək düzgün olmazdı”.
Bu sözləri "Olimpiyadunyasi.com” və "Olimpnews.az” saytına eksklüziv açıqlamasında Kazbek Tuayev deyib.
O, həmçinin çempionatla bağlı mühüm qərarların da qəbul olunduğunu qeyd edib.
"Bugünki vidokonfransda Premyer Liqa və ölkə kuboku ilə bağlı bir sıra vacib qərarlar qəbul olundu. Düşünürəm ki, verilən qərarlar tamamilə doğrudur. Çünki burada hər şeydən vacib futbolçuların, məşqçilərin və digər insanların sağlamlığıdır. Məhz bu məqsədlə ölkə rəhbərliyi tərəfindən koronavirus pandemiyasına qarşı mühüm addımlar atılır. Biz də öz növbəmizdə bu qaydalara riayət etməli, verilən qərarlara hörmətlə yanaşmalıyıq. 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılacaq. İclasda bu barədə qərar qəbul edildi. Ümid edirəm ki, biz futbol üzrə növbəti mövsümün oyunlarını pandemiyanın olmadığı sağlam şəraitdə izləyə biləcəyik. İclasda bundan başqa digər vacib qərarlar da qəbul olundu. Belə ki, maraqlı qərarlardan biri də o oldu ki, "Sumqayıt” klubu tarixində birinci dəfə avrokuboka vəsiqə qazandı. Cari mövsümdə kubokun qalibi olmayacağından Avropa Liqasında iştirak üçün sonuncu vəsiqə "Sumqayıt” klubuna qismət oldu. Qeyd edim ki, bu komanda Premyer Liqada dördüncü olduğuna görə bu şansı qazandı”, - deyə Kazbek Tuayev bildirib.

Veteran futbolçu həmçinin saytımız vasitəsi ilə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun 41 yaşının tamam olması münasibəti ilə təbrik edib, ona möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.

16247 oxunub

InvestAZ