XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



FİBA nəticələri ləğv etdi
İdman 17:11 / 17.06.2020
Beynəlxalq Basketbol Federasiyasının (FİBA) rəhbərliyi pandemiyaya görə yarımçıq dayandırılan 3 turnirin - qadınlar arasında Avroliqa və Avrokubok, habelə kişilər arasında Avropa kuboku yarışlarının nəticələrini ləğv edib.
Qadınlar arasında Avroliqa və Avrokubok yarışı dörddəbir finaldan sonra yarımçıq dayandırılmışdı. Kişilər arasında Avropa kuboku yarışlarında isə yarımfinal oyunları keçirilməli idi. Həmin mərhələyə Türkiyənin "Pınar Karşıyaka” və "Bahçeşehir”, Almaniyanın "Bayroyt” və Danimarkanın "Bakken” komandaları yüksəlmişdi.
Qeyd edək ki, FİBA Çempionlar Liqasını ləğv etmək istəmir. Bu turnirin sentyabrda davam etdiriləcəyi gözlənilir.

25647 oxunub

InvestAZ