XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Bolqarısrtan qitə çempionatına ev sahibliyi edə bilər
İdman 16:09 / 17.06.2020
Trek velosipedi üzrə növbəti Avropa çempionatı Bolqarıstanın Plovdiv şəhərində keçirilə bilər.
Bu barədə Avropa Velosipedçilər Birliyinin (AVB) vitse-prezidenti Aleksandr Qusyatnikov məlumat verib. O, qeyd edib ki, qitə çempionatının Plovdivdə keçirilməsi ilə bağlı Bolqarıstanla müvafiq danışıqlar aparılır. İyulun 1-dək bununla bağlı rəsmi qərar qəbul ediləcək.
Avropa çempionatının əvvəlcə bu il oktyabrın 14-dən 18-dək keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası və "Tokio-2020”nin təxirə salınması ilə əlaqədar olaraq beynəlxalq idman təqvimində dəyişiklik baş verib. Bu ilin may ayında AVB trek velosipedi üzrə Avropa çempionatının 2020-ci il noyabrın 11-dən 15-dək keçiriləcəyinə qərar vermişdi. Qeyd edilmişdi ki, turnirin keçiriləcəyi yerlə bağlı daha sonra məlumat veriləcək.
Ötən il trek velosipedi üzrə Avropa çempionatı Hollandiyada keçirilib.

26091 oxunub

InvestAZ