XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



BOK olimpiadaya hazırlıq prosesini optimallaşdırmağa çalışır
İdman 14:15 / 16.06.2020
Beynəlxalq Olimpiya Komitəsi (BOK) İsveçrə Səhiyyə Nazirliyinin qərarına uyğun olaraq ötən həftədən işçi heyətinin 30 faizi ilə ofisdən fəaliyyət göstərməyə başlayıb. Xatırladaq ki, işçi heyəti COVID-19 pandemiyası səbəbindən martın 16-dan ev şəraitində işləyirdi.
Beynəlxalq qurumun ofisdən təşkil olunan ilk iclasında bir sıra məsələlər müzakirə olunub. BOK İcraiyyə Şurasının videoformat şəklində keçirilən konfransında irqi ayrı-seçkiliklə bağlı qətnamənin mətni oxunub. BOK-un Koordinasiya Komissiyasının, eləcə də Tokio-2020, Pekin-2022, Paris-2024 Olimpiya Oyunları Təşkilat komitələrinin hesabatları dinlənilib.
Tokio-2020 Olimpiadasının hesabatında əsas diqqət 2021-ci ildə keçirilməsi planlaşdırılan yarışların yol xəritəsinə yönəldilib. Məqsəd Olimpiadaya hazırlığı asanlaşdırmaq və optimallaşdırmaqdır.
Paris-2024 Olimpiya Oyunlarına gəldikdə, BOK-un İcraiyyə Şurası idmançıların sayı, Olimpiya proqramına daxil ediləcək 4 əlavə idman növü ilə (breyk, skeytbord, qayaya dırmanma və sörfinq) ilə bağlı müddətin 2020-ci ilin dekabrına qədər uzadılmasına qərar verib.

21631 oxunub

InvestAZ