XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Balotelli və meneceri məhkəmə qarşısına çıxacaq
İdman 18:13 / 13.06.2020
İtaliyanın "Breşiya" komandası futbolçusu Mario Balotelli və meneceri Mino Rayola ilə bağlı hüquqi addımlar atmağa hazırlaşır. Hər iki şəxsi yalan məlumat yaymaqda ittiham edən A Seriyası təmsilçisi onları məhkəməyə verəcəyini açıqlayıb.
Rayola 30 yaşlı hücumçunun koronavirus pandemiyası ilə bağlı fasilədən sonra komanda ilə birlikdə məşqlərdə iştirak etməməsini onun virus testindən keçirilməməsi ilə əlaqələndirib. İtaliya millisinin üzvü də sonradan məlumatı təsdiqləyib.
Breşiya təmsilçisi isə bu cür məlumatların klubun imicinə zərbə olduğunu düşünür və onlarla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır.
Qeyd edək ki, Balotelli 2019-cu ilin avqustunda azad agent kimi "Breşiya"ya keçib. O, cari mövsüm 1 oyunda 5 qol vurub.

18933 oxunub

InvestAZ