XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Azərbaycanda koronavirusa görə təxirə salınan yarışlar
İdman 02:18 / 13.06.2020
İlin ilk yarısında Azərbaycanda keçirilməsi planlaşdırılan bəzi beynəlxalq yarışlar baş tutmayıb.
Koronavirus pandemiyası səbəbindən onların bir neçəsi ləğv edilib, digərləri isə təxirə salınıb.
Ləğv edilən və ya təxirə salınan yarışların siyahısı:
12 - 15 mart. İdman gimnastikası üzrə Dünya Kuboku: Yarış təsnifat mərhələlərindən sonra martın 13-də yarımçıq dayandırılıb. Beynəlxalq Gimnastika Federasiyasının qərarına əsasən, seçmə mərhələnin nəticələri yekun hesab olunub və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verilib.
25 - 29 mart. Karate üzrə Avropa çempionatı: 2020-ci il üçün Avropa çempionatı ləğv edilib. Əvəzində Azərbaycan Milli Karate Federasiyası 2022-ci ildə eyni yarışa ev sahibliyi etməyə müsbət cavab verib.
17 - 19 aprel. Bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir: Beynəlxalq turnir koronavirus pandemiyasına görə bu il baş tutmayacaq.
24 - 26 aprel. Bədii gimnastika üzrə Dünya Kuboku: Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarış təxirə salınıb və 2021-ci il 7 - 9 mayda olacaq.
8 – 10 may. Cüdo üzrə Böyük Dəbilqə: Yarış mart ayında təxirə salınıb, yeni tarix açıqlanmayıb.
Mayın ortalarında keçirilməsi planlaşdırılan paracüdo üzrə Qran-pri: Beynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) ilə əldə olunan razılığa əsasən, turnir 2021-ci ilin mayında baş tutacaq.
8 – 20 may Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları: Turnir təxirə salınıb, yeni tarix bəlli deyil.
14 - 16 may. Aerobika gimnastikası üzrə dünya çempionatı: Beynəlxalq Gimnastika Federasiyası yarışın təxirə salındığını və 2021-ci ildə olacağını açıqlayıb. Dəqiq tarix hələ ki, bəlli deyil.
27 - 31 may. İdman gimnastikası üzrə kişilər arasında Avropa çempionatı: Yarış bu il 9 - 13 dekabrda olacaq. Bununla yanaşı, 30 aprel - 3 mayda Fransanın paytaxtı Parisdə keçirilməli olan qadınlar arasında qitə çempionatı Bakıya həvalə edilib, 17 - 20 dekabrda baş tutacaq. Hər iki çempionat Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
İyunun əvvəlində AVRO-2020 ərəfəsində futbol üzrə Azərbaycan millisinin bir neçə yoldaşlıq görüşləri baş tutmayıb (Rəqiblər dəqiqləşdirilməyib)
5 - 7 iyun. "Formula 1” üzrə Azərbaycan Qran-prisi: Bakıdakı "Formula 1" yarışı martın 23-də koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Qran-prinin ləğv edildiyini rəsmən açıqlayıb.
12 iyun – 4 iyul. Futbol üzrə Avropa çempionatının Bakıda təşkili nəzərdə tutulan 4 oyunu: 12 iyun - 12 iyulda keçirilməsi planlaşdırılan AVRO-2020 2021-ci ilə təxirə salınıb. Yarış 11 iyun – 11 iyulda olacaq.
22 iyun - 3 iyul. Stend və güllə atıcılığı üzrə Dünya Kuboku: Bakıdakı Dünya Kuboku apreldə ləğv olunub.
Bundan başqa ilin ikinci yarısı üçün də bəzi yarışların təxirə salınacağı gözlənilir:
İyulun əvvəli. Futbol üzrə Azərbaycan klublarının 2020/2021 mövsümü üçün avrokubok oyunları: Ölkə çempionatlarında mövsüm başa çatmadığı üçün avrokubok matçları gerçəkləşməyib. Yeni tarixlər 17-18 iyunda keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasından sonra bəlli olacaq.
3 sentyabr – 15 noyabr. Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki oyunları: Yarışın yeni tarixi iyunun 17-18-də UEFA İcraiyyə Komitəsinin iclasından sonra bəlli olacaq.

18643 oxunub

InvestAZ