XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Qoca sinyora" finalda
İdman 14:53 / 13.06.2020
Futbol üzrə İtaliya Kubokunda ilk finalçı bəlli olub. Yarımfinal mərhələsinin cavab görüşündə "Yuventus" "Milan"ı qəbul edib.
Turindəki qarşılaşma qolsuz yekunlaşıb. İlk matç 1:1 hesabı ilə başa çatdığı üçün "Yuventus" səfər qolu sayəsində finala yüksəlib.
"Yuventus" bu qələbə ilə​ tarixində 19-cu dəfə İtaliyanın Kubokunun həlledici matçında oynayacaq.
"Qoca sinyora" bununla 2017-ci ildən mövcud olan şəxsi rekordunu yeniləyib.
İtaliya çempionatlarında final yarışlarına çıxışa görə ikinci yerdə "Roma" komandası qərarlaşıb. Eyniadlı paytaxt klubu 17 dəfə həlledici matçda iştirak edib. Siyahıda üçüncü yerdə "Milan" qarşılaşıb. Klub 14 dəfə turnirin sonuncu matçlarında gücünü sınayıb.
İtaliya Kubokunun cari finalında Maurisio Sarrinin komandası "İnter" - "Napoli” qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 13-də baş tutacaq.

17420 oxunub

InvestAZ