XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Dakar-2021” rallisinin tarixi müəyyənləşdi
İdman 12:40 / 12.06.2020

Səudiyyə Ərəbistanında təşkil olunacaq "Dakar-2021” rallisinin tarixi açıqlanıb. Yarış gələn il yanvarın 3-dən 15-dək təşkil olunacaq. Səudiyyə Ərəbistanı ikinci dəfə "Dakar” rallisinə ev sahibliyi edəcək.

1979-cu ildən keçirilən yarışda müxtəlif kateqoriyada avtomobil və motosikletlər istifadə olunur. 2008-ci ilədək yarış Afrika qitəsində təşkil olunub. 2009-cu ildən yarışlara Cənubi Amerika, bu ildən isə Asiya ev sahibliyi edib.


16606 oxunub

InvestAZ