XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Sevilya" La Liqaya qələbə ilə başladı
İdman 10:03 / 12.06.2020
Futbol üzrə İspaniya La Liqasında mövsümün qalan hissəsi bərpa olunub. XXVIII turun ilk oyun günündə "Sevilya" və "Betis" komandaları üz-üzə gəlib. "Ramon Sançes Pisxuan" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
İlk yarıda qapılara qol vurulmayıb. 56-cı dəqiqədə Lukas Okampos penaltini dəqiq yerinə yetirib. 62-ci dəqiqədə isə Fernando ikinci qolun müəllifi olub.
Bu qələbə sayəsində xalını 50-yə çatdıran "Sevilya" 3-cü pillədəki yerini möhkəmlədib. "Betis" isə 33 xalla 12-cidir.
Qeyd edək ki, La Liqa qarşılaşmaları azarkeşsiz keçirilir.

18232 oxunub

InvestAZ