XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Real” Hakimini transferə çıxarıb
İdman 10:06 / 11.06.2020
Əşrəf Hakimi Zinədin Zidanın növbəti mövsümdə planlarına daxil edilməyib. "Borussiya Dortmund”da icarə əsasında çıxış edən müdafiəçini bir sıra klublar transfer etmək istəyir. "Dortmund”dan başqa "Çelsi”, "Tottenhem” və "Mançester Siti” klubları da Hakiminin xidmətində maraqlıdır.
Qeyd edək ki, "Kral klubu”nun heyətində 17 oyuna çıxan futbolçu 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Müqavilə ilə "Real”a məxsus olan Mərakeşli futbolçu cari mövsüm icarə əsasında "Dortmund”a forma geyinib. 21 yaşlı müdafiəçi Mərakeş millisinin heyətində Rusiyada keçirilən Dünya çempionatında da iştirak edib.

18073 oxunub

InvestAZ