XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Federasiya Kubokuna yekun vurulub
İdman 10:21 / 10.06.2020

Dünya Velosiped Günü münasibətilə iyunun 9-da Bakıda təşkil olunan trek üzrə Federasiya Kuboku yarışına yekun vurulub. Turnirin sonuncu yarışında gənclər kateqoriyasında qaliblər müəyyənləşib. Qızlar arasında 200 və 1000 metr məsafə üzrə yarışlarda Viktoriya Sidorenko bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oğlanlardan isə Nofəl Nuriyev hər iki yarışda birinci olub.
Federasiya kuboku turnirində 15, 17 yaşadək yeniyetmələr və gənclər birincilik uğrunda mübarizə aparıblar.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-də saat 00:00-dan etibarən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib. Bu turnir müvafiq icazənin verilməsindən sonra təşkil edilən birinci yarış olub.

17830 oxunub

InvestAZ