XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Nurməhəmmədov və Getji döyüşü nə vaxt keçiriləcək?
İdman 17:00 / 09.06.2020

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun ABŞ təmsilçisi Castin Getji ilə görüşünün vaxtı müəyyənləşib.
Bu barədə TASS-a Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov məlumat verib. O, qarşılaşmanı sentyabrda keçirməyi planlaşdırdıqlarını söyləyib.
H.Məhəmmədov bildirib ki, döyüşün yeri və dəqiq tarixi hələ bəlli deyil. Menecer rəqibin dəyişdirilməsinin planda olmadığını da sözlərinə əlavə edib.
Qeyd edək ki, Castin Getji yüngül çəkidə müvəqqəti çempionluq titulunun sahibidir. O, mayda həmyerlisi Toni Ferqyusonu məğlub edib. 31 yaşlı idmançı keçirdiyi görüşlər ərzində 22 qələbə qazanıb, 2 dəfə məğlub olub. H.Nurməhəmmədov isə 28 qarşılaşmanın heç birində uduzmayıb.

28985 oxunub

InvestAZ