XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Kral klubu” itki ilə üzləşdi
İdman 14:14 / 09.06.2020
İspaniyanın "Real Madrid” futbol klubunun müdafiəçisi Naço Fernandes məşq zamanı xəsarət alıb. "Marca” nəşrinin yaydığı xəbərə görə "Kral klubu”nun müdafiə xəttinin oyunçusu sağ budun oynaq əzələlərini zədələyib.
İlkin məlumatlara görə, futbolçu iki-üç həftə yaşıl meydandan uzaq olacaq.
Xatırladaq ki, Zinədin Zidanın yetirmələri İspaniya çempionatının turnir cədvəlində ikinci yeri tutur. Mövsümün bərpa olunmasından sonra,
"Real Madrid” iyunun 13-də ilk matçını "Eybar” komandasına qarşı ilə keçirəcək.

23760 oxunub

InvestAZ