XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Sabah” və “Qarabağ” yoxlama oyununda üz-üzə gələcək
İdman 12:02 / 09.06.2020

Azərbaycan Premyer Liqası karantinə görə dayandırılandan sonra bu gün ölkəmizdə ilk futbol matçı keçiriləcək. Bu, "Sabah” və "Qarabağ” komandaları arasında keçiriləcək hazırlıq oyunu olacaq. Masazırdakı yoxlama matçı saat 19:30-da başlayacaq. Sabah isə 3 sınaq qarşılaşması birdən keçiriləcək.
Bunlar "Neftçi” – "Keşlə”, "Zirə” – "Səbail” və "Sumqayıt” – "Qəbələ” görüşləridi.

Xatırladaq ki, martın 8-dən məcburi fasiləyə yollanan Premyer Liqanın iyunun 21-də XXI turla davam etməsi nəzərdə tutulub.

Yoxlama matçı 9 iyun 19:30. "Sabah” – "Qarabağ” Bakı. "Bank Respublika Arena” stadionu

38961 oxunub

InvestAZ