XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024



Futzal üzrə ölkə kuboku ləğv olundu
İdman 10:07 / 09.06.2020

Azərbaycan Futzal Federasiyasının iclası keçirilib. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar mart ayında yarımçıq dayandırılan Yüksək, Birinci və İkinci liqalar, eləcə də Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb və aşağıdakı qərarlar qəbul olunub: - Birinci və İkinci liqalarda, həmçinin Azərbaycan kuboku yarışında 2019-2020-ci il mövsümü başa çatdırılsın. Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq "AjaxBaku” (Birinci Liqa) və NTD (İkinci Liqa) - qalib elan olunub.
- Yüksək Liqa ilə bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.

16913 oxunub

InvestAZ