XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Lionel Messi fərdi məşq edir
İdman 12:49 / 07.06.2020

"Barselona” nın hücumçusu Lionel Messi fərdi olaraq məşq etməyə davam edir. Bu barədə klubun mətbuat xidməti xəbər verib.​ Bir müddət əvvəl argentinalı futbolçunun zədə aldığı barədə məlumat yayılmışdı. Bildirilir ki, L.Messi ilə yanaşı, fərdi proqram üzrə müdafiəçi Nelson Semedu da məşq edir.
Məlumat üçün bildirək ki, koronavirus pandemiyası səbəbi ilə fasilə verilən İspaniya çempionatının ilk oyunu iyunun 13-də keçiriləcək. Komanda "Malyorka” ilə səfər görüşündə üz-üzə gələcək. Lionel Messinin bu görüşdə iştirakı isə hələlik sual altındadır.

38209 oxunub

InvestAZ