XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



NBA ulduzu​ qaradərililəri dəstəkləyib
İdman 10:41 / 07.06.2020
Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu Maykl Cordan "Jordan Brand" şirkəti ilə birlikdə​ on il ərzində irqi bərabərlik məqsədi ilə fəaliyyət göstərən təşkilatlar üçün yüz milyon dollar ayıracağını elan etdi.
"Jordan Wings Program” çərçivəsində biz sistem irqçiliyi ilə qarşılaşan qaradərili gənclər üçün təhsil və inkişaf imkanlarını diqqətdə saxlamağı düşünürük. Biz bilirik ki, daha çox iş görə bilərik”, - deyə şirkətin​ prezidenti Kreyq Uilyams bildirib. K.Uilyamsın sözlərinə görə, uzunmüddətli effekt​ yaratmaq üçün cəmiyyət, hökumət və vətəndaş liderləri birləşməli və birgə səylər göstərməlidirlər. "Biz qara cəmiyyətə olan münasibətə həqiqətən təsir göstərmək üçün hələ çox iş görməliyik”, - deyə o, əlavə edib.
Qeyd edək ki, ABŞ-ı qaradərili vətəndaşın polis tərəfindən həbsi zamanı ölümündən sonra etiraz aksiyaları dalğasını bürüyüb. Bununla bağlı qaradərililərin qarşılaşdığı zorakılığa qarşı "Black​ Lives Matter” (qaradərilərin həyatı önəmlidir) hərəkatın fəalları küçələrə çıxıblar. Lakin onların çıxışları vandalizm, qarətçilik və talanlarla müşayiət olunub. Toqquşmalar zamanı bir neçə polis yaralanıb, minlərlə insan həbs edilib.


17216 oxunub

InvestAZ