XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Klublarımız 6 əvəzetmədən istifadə edəcək
İdman 13:00 / 06.06.2020

Azərbaycan kubokunda 6 əvəzləməyə icazə veriləcək. Bu, PFL-in açıqladığı 2019/2020-ci illər mövsümünün Əsasnaməsinə əlavədə qeyd olunub.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) koronavirus pandemiyası səbəbindən oyunçu dəyişikliyini 5-ə yüksəltsə də, Azərbaycan kubokunda bu say 6 olacaq. Kubokdakı əvəzləmə limiti 3+1 idisə, bu mövsümün yarımfinal və final qarşılaşmalarında bu, 5+1 olacaq. Yəni matçlar əlavə vaxta qalarsa, komandalara 6-cı dəyişiklik imkanı veriləcək.

İFAB-la Peşəkar Futbol Liqası arasında aparılan danışıqlardan sonra beynəlxalq qurum 90 dəqiqədə 5, əlavə vaxtda isə 1 əvəzləmə edilməsinə razılıq verib. Bu təlimat artıq klublara da göndərilib.
Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinalında "Sumqayıt” "Qarabağ”la, "Qəbələ” isə "Zirə” ilə qarşılaşacaq.


18486 oxunub

InvestAZ