XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Rusiya milli komandalarının baş məşqçiləri seçilib
İdman 12:30 / 05.06.2020
Rusiyanın hokkey üzrə milli komandasının baş məşqçisi postuna Valeriy Braqin təyin olunub. Bu barədə Rusiya Hokkey Federasiyasının rəsmi saytında məlumat verilib. O, 2010-cu ildən 2012-ci ilədək və 2014-cü ildən 2020-ci ilə qədər də Rusiyanın gənclər yığmasına rəhbərlik edib. 64 yaşlı mütəxəssis öz yetirmələri ilə birlikdə 2011-ci ildə gənclər arasında keçirilən dünya çempionatının qalibi, dörd dəfə dünya birinciliyinin gümüş və iki dəfə bürünc mükafatlarına sahib çıxıb.
Rusiyanın hokkey üzrə gənclərdən ibarət yığma komandasının yeni baş məşqçisi isə İqor Larionov olub.
İqor Larionov iki dəfə Olimpiya çempionu və SSRİ yığmasının tərkibində dördqat dünya çempionudur. O, səkkiz dəfə Moskva CSKA-nın tərkibində SSRİ çempionatını qazanıb və üç dəfə "Detroit”in heyətində Stenli Kubokunun sahibi olub.
Qeyd edək ki, yeni məşqçi artıq dünya birinciliyi üçün namizədlər üzrə işə başlayıb.

18049 oxunub

InvestAZ