XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Onlayn şahmat turnirinin qalibi müəyyənləşdi
İdman 13:00 / 30.05.2020
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "Grand Master” şahmat klubunun təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş şahmatın blits növü üzrə onlayn turnir keçirilib. "Lichess.org” platforması vasitəsilə keçirilən turnirdə 105 şahmatçı iştirak edib. Doqquz turdan ibarət olan və İsveçrə sistemi üzrə təşkil edilən turnirin yekun nəticələrinə görə, oğlanlar arasında Şəhriyar Rəhmanov, Orxan Bağırov, Aydın Şahpələngov ilk üç yerə layiq görülüblər.
Qızlar arasında isə Leyla Budaqova, Kamilla Balayeva, Aytac Məmmədova ən yüksək nəticələr əldə ediblər.


18656 oxunub

InvestAZ