XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Balotelli komandadan göndərilir
İdman 18:00 / 28.05.2020

İtaliyanın "Breşiya" klubu mövsümün sonunda futbolçusu Mario Balotelli ilə yollarını ayıracaq.

Bu barədə klubun prezidenti Massimo Çellini məlumat verib.
O, 30 yaşlı hücumçunun qəribə insan olduğunu deyib. Çellini Balotellinin komandanı düşünmədiyini söyləyib: "B Seriyasına düşəcəyimiz təqdirdə avtomatik olaraq müqavilə ləğv ediləcək, futbolçu sərbəst agent olacaq. Balotelli ilə müqaviləni media üçün imzalamadıq. Həqiqətən, onun oyunumuza töhfə verəcəyinə inandıq, məyusuq".
Qeyd edək ki, Mario Balotelli 2019-cu ilin avqustunda "Breşiya" ilə müqavilə imzalayıb. Komanda A Seriyasında 26 turdan sonra 16 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.


18760 oxunub

InvestAZ