XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Zəka sahiblərimiz mükafatçılar sırasında yer aldılar
İdman 16:41 / 28.05.2020

Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının D qrupunda mübarizə aparan şahmatçılarımız Murad İbrahimli qızıl, Abdulla Qədimbəyli gümüş medal qazanıblar.

Avropa ölkələrindən reytinqi 2300-ə qədər olan 700-dən çox idmançının mübarizə apardığı D qrupunda M.İbrahimli 7,5 xal, A.Qədimbəyli isə 6,5 xal toplayıb.
Xatırladaq ki, çempionatın C qrupunda Azərbaycan təmsilçisi Elnur Mehtiyev uğurla çıxış edərək qalib adını qazanıb. A qrupunda mübarizə aparan şahmatçımız Gülsənəm Ağayeva isə qızların yarışında qızıl medala sahib olub. Qitə çempionatının B qrupunda isə şahmatçılarımız mükafatçılar sırasına düşə bilməyiblər.


18392 oxunub

InvestAZ