XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



"Borussiya"nın lideri zədələndi
İdman 11:40 / 27.05.2020

Almaniya Bundesliqasının XXVIII turunda Dortmundda "Bavariya"ya 0:1 hesabı ilə məğlub olan "Borussiya" aparıcı hücumçusunu itirib.

Qarşılaşmanın ikinci hissəsində hücumçu Erlin Haland sıradan çıxıb.
Norveçli forvard zədələndiyi üçün matçın 72-ci dəqiqəsində əvəzlənib. Gənc oyunçunun yerinə meydana Covanni Reyna daxil olub. Halandın zədəsi ilə bağlı dəqiq məlumat keçiriləcək tibbi müayinədən sonra veriləcək.
Qeyd edək ki, "Borussiya"ya qış fasiləsində keçən Erlinq Haland Bundesliqada 11 matçda 10 qol vurub.


17557 oxunub

InvestAZ