XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



"Pivəçilər" derbi sevincini qeyd etdilər
İdman 22:03 / 26.05.2020
Bu gün Almaniya Bundesliqasında 28-ci tura start verilib.​ Turun ən diqqətçəkən qarşılaşması "Siqnal İduna Park"da keçirilib. Boş tribunalarda keçirilən görüşdə süni azarkeş​ səsləri ilə derbi matçı​ maraqlı alınıb. Belə ki, lider "Bavariya" ən yaxın izləyicisi Dortmund "Borussiya"sının qonağı olub. Qarşılıqlı hücumlarla zəngin olan göruşdə oyunun müqəddaratını cəmi bir qol həll​ edib. 43-cü dəqiqədə Kimmixin qapıçı üzərindən aşırması "pivəçilər"ə qələbə sevinci bəxş edib.​ Bu nəticədən sonra​ "Bavariya" 64 xalla 1-ci, Dortmund "Borussiya"sı 57 xalla 2-ci, "Leyptsiq" 54 xalla 3-cüdür.

27376 oxunub

InvestAZ