XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024
20 Aprel 2024



"Tennisdən ötrü darıxmıram"
İdman 20:18 / 24.05.2020
Roje Federer karantində keçirdiyi günlər barədə yerli medianın ona ünvanladığı​ sualları özünəməxsus olaraq cavablandırıb. Dünya şöhrətli tennisçı bildirib ki, o, yarış və hazırlıq barədə heçnə düşünmür.​
"Boş tribunalarda tennis oynamaq mənə zövq vermir. Karantin başa çatdıqdan sonra çox güman ki, yarışlar məhz belə keçiriləcək. Onsuzda biz məşqlər zamanı korta​ azarkeşsiz çıxırıq. Təlimlə yarışın fərqi yoxdursa, bundan necə ləzzət almaq olar? Gözləyəcəm, fanatlarım və azarkeşlər korta buraxılana qədər Rojeni heç bir yarışda görməyəcəksiniz." Böyük Dəbilqə" turnirinin 20 qat qalibi bildirib ki, ailəsi ilə birlikdə olmaqdan məmnundur. "İndiyə qədər cəmi bir həftə olub ki, ailəmlə baş-başa olmuşam. 2016-cı ildə əməliyyat olduğum üçün evdə qalmışdım. Bu bir fürsətdir. Hər şeyi unudub, doğmalarımla gözəl vaxt keçirirəm. Bir sözlə, tennisdən ötrü darıxmıram" , -​ deyə isveçrəli ulduz deyib.​

20279 oxunub

InvestAZ