XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



"Bazar yaratma, oyun hələ bitməyib"
İdman 19:38 / 24.05.2020


"Tottenhem"in baş məşqçisi Jose Mourinyo maraqlı açıqlaması ilə diqqətləri yenidən özünə çəkib.
Portuqaliyalı mütəxəssis "La Gazetta Dello Sport"a açıqlamasında İbrahimoviçin "Barselona"ya trasferi və katalonlari Çempionlar Liqasının yarımfinalında məğul etmələri barəsində danışıb.
"Qəzetlərdə gün ərzində İbrahimoviç "Barselona"ya gedəcək, İbra "Barsa"ya getməyəcək xəbərləri çıxırdı. O, paltardəyişmə otağına gəlib bizə dedi: "Mən "Barselona"ya, Çempionlar Liqasını qazanmağa gedirəm".
Əməkdaşlarım buna üzgün idilər. Onlar Çempionlar Liqasını İbrahimoviç olmadan qazana bilməyəcəyimizi deyirdilər. Onun getməyini həmçinin komanda yoldaşları da istəmirdi. Amma mən dedim: "Ola bilsin sən getdin, amma Çempionlar Liqasını biz qazanacağıq". Transferin baş tutması təqdirində "İnter" rəhbərliyinə Eto'onu sıralarımıza qatmağa cəhd etməyi bildirdim. Eto'o bizə taktiki cəhətdən çox şeylər verəcəkdi. "Camp Nou"da baş tutan oyun zamanı Tiaqo Motta qırmızı vərəqə alanda "Barsa"nın ehtiyat skamyasına baxırdım. Onlar elə sevinirdilər ki, sanki qalib gəliblər. Qvardiloa İbrahimoviçi yanına çağırmışdı. Ona 11-in 10-na taktikasını başa salanda yaxınlaşıb dedim: "Bazar yaratma, oyun hələ bitməyib".


17084 oxunub

InvestAZ