XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Premyer Liqada yoluxma halı aşkarlanıb
İdman 10:17 / 24.05.2020

İngiltərə Premyer Liqasının komandalarında çıxış edən iki futbolçu koronavirusa yoluxub. Bu barədə "Sky Sports" bildirib. Qeyd edilir ki, virusa yoluxma halı testlərin ikinci raundundan sonra məlum olub. Koronavirusla bağlı ümumilikdə 996 tibbi analiz götürülüb.

İngiltərə Premyer Liqasının klubları COVID-19 yoxlamalarının nəticələrini dünən axşam alıb. Oyunçulardan analizlər mayın 19-u, 21-i və 22-də məşq bazalarında götürülüb.
Virusa yoluxanların adları adlanmır, amma qeyd edilir ki, onlar müxtəlif komandalarda çıxış edirlər. Həmin oyunçular bir həftə özünütəcrid şəraitində qalmağa məcbur ediləcək.
Premyer Liqada tibbi yoxlamanın birinci dalğasının gedişatında koronavirus altı nəfərdə aşkarlanıb.


18985 oxunub

InvestAZ