XƏBƏR LENTİ
25 May 2020
24 May 2020
23 May 2020
22 May 2020



Daha bir dünya çempionatı təxirə salındı
İdman 10:11 / 23.05.2020
Bu ilin sentyabrında Rumıniyada keçirilməsi planlaşdırılan şahmat üzrə gənclər arasında dünya çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı xəbər yayıb.
Turnir Rumıniya Şahmat Federasiyasının istəyindən sonra FIDE-nin İdarə Heyətinin qərarı ilə başqa vaxta keçirilib.
Dünya çempionatının yeni tarixi yarışın startına 4 ay qalmış açıqlanacaq.
Qeyd edək ki, dünya çempionatında azərbaycanlı şahmatçıların da iştirakı gözlənilirdi.

150 oxunub

InvestAZ