XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



"Hadisələr bitməyincə bizim döyüşümüz baş tutmayacaq”
İdman 11:51 / 31.03.2020
 Mütləq Döyüş Çempionatının (UFC) çempionu, rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Toni Fergüson arasındakı döyüş koronavirusla əlaqədar yaranan vəziyyətə görə ləğv ediləcək.
Bu qərarı Həbib Nurməhəmmədov "SportBox”a verdiyi məlumatda bildirib.
"Mən Rusiyadayam və məşqlərimi davam etdirirəm. Ölkəmdə karantin vəziyyəti elan edilib. Bu səbəbdən ölkəni tərk edə bilmirəm. Düşünürəm ki, dünyada baş verən hadisələr bitməyincə bizim döyüşümüz baş tutmayacaq”.
Qeyd edib ki, H.Nurməhəmmədov və T.Fergüson arasında yüngül çəkidə çempionluq kəməri uğrunda mübarizə bu il aprelin 19-da Nyu-Yorkdakı UFC 249 turniri çərçivəsində keçirilməli idi.
Otuz bir yaşlı H.Nurməhəmmədov qarışıq döyüş növlərində indiyədək keçirdiyi 28 döyüşün hamısında qələbə qazanıb. Otuz altı yaşlı T.Fergüson isə keçirdiyi 28 döyüşün 25-də qələbə qazanıb, 3-də məğlub olub.

49216 oxunub

InvestAZ