XƏBƏR LENTİ
02 İyul 2020
01 İyul 2020
30 İyun 2020
29 İyun 2020
28 İyun 2020



UEFA bütün oyunları təxirə salıb
İdman 16:18 / 13.03.2020

UEFA koronavirus pandemiyası ilə əlaqədar Çempionlar Liqası və Avropa Liqasının bütün oyunlarını qeyri-müəyyən müddətə təxirə salıb.
Bununla da Çempionlar Liqasının 1/8 mərhələsinin cavab oyunları (17-18 mart) və Avropa Liqasının 1/8 mərhələsinin (19 mart) cavab oyunları baş tutmayacaq. Eyni zamanda, martın 20-də hər iki liqanın 1/4 mərhələsinin püşkatması təxirə salınıb.
UEFA Avro-2020 ilə əlaqədar martın 17-də böhran toplantısı keçirəcək. 55 üzv federasiyanın təmsilçilərinin qatılacağı videokonfransda bu il keçirilməli olan futbol üzrə Avropa Çempionatının müqəddəratına aydınlıq gətirilməlidir.

4061 oxunub

InvestAZ