XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



“Mançester Yunayted”dən darmadağın, “Başakşəhər” son dəqiqə qolu ilə qələbə qazandı
İdman 10:11 / 13.03.2020
 

Ötən gün Avropa Liqasında 1/8 final mərhələsinin oyunlarına start verilib. Türkiyənin Avrokuboklarda yeganə təmsilçisi olan "Başakşəhər” doğma divarlar arasında "Kopenhagen”i sınağa çəkib. Qarşılaşmada bir qol vurulub. 88-ci dəqiqədə qonaqların qapısına təyin edilmiş penaltini Vişça dəqiq yerinə yetirib.
"Ayntraxt” Kommerzbank-Arenada İsveçrənin "Bazel” kollektivini qəbul edib. Qonaq komada meydan sahiblərinin qapısından üç cavabsız top keçirib.
Gecənin digər oyununda isə "Mançester Yunyted” Avstriyada LASK-ın qonağı olub. "Qırmızı şeytanlar” meydan sahiblərini darmadağın ediblər.

"Başakşəhər” – "Kopenhagen” 1:0

Qollar: Vişça 88-pen

"Ayntraxt” – "Bazel” 0:3

Qollar: Kampo 27, Bua 73, Frey 85

LASK – "Mançester Yunayted” 0:5

Qollar: İqalo 28, Ceyms 58, Mata 82, Qrinvud 90+2, Pereyra 90+3

21968 oxunub

InvestAZ