XƏBƏR LENTİ
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026



A seriyasının oyunları dayandı
İdman 13:29 / 10.03.2020
 
Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İtaliyada bütün futbol yarışları dayandırılıb.
«Olimpiya dünyası» qəzeti "Football Italia”ya istinadən xəbər verir ki, bunu ölkənin Baş Naziri Cüzeppe Konte bəyan edib.
İtaliyanın Milli Olimpiya Komitəsi də rəsmi saytı vasitəsilə bildirib ki, ölkədə bütün idman yarışları ən azı aprelin 3-dək dayandırılacaq.
Olimpiya Komitəsi beynəlxalq yarışlara müdaxilə edə bilmədəyi üçün bu qərarın avrokubok oyunlarına aidiyyatı yoxdur.
Qeyd edək ki, İtaliya Avropada koronavirus epidemiyasının ən çox yayıldığı ökədir. Burada artıq 7 mindən çox insan sözügedən virusa yoluxub.

30720 oxunub

InvestAZ