XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Renat Dadaşov dubl etdi
İdman 14:00 / 04.03.2020

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun da formasını geyindiyi "Vulverhempton”un U-23 komandası 18-ci tur çərçivəsində "Totenhem”in qonağı olub. Görüş meydan sahiblərinin – 3:2 hesablı qələbəsi ilə başa çatıb. Renat Dadaşov oyuna start heyətində başlayıb və sona qədər meydanda mübarizə aparıb. Komandasının hər iki qolunu millimizin hücumçusu vurub. O, 77- ci dəqiqədə penaltidən fərqlənib. İkinci qolu isə 85- ci dəqiqədə rəqib qapısından keçirib.
Qeyd edək ki, Renat Dadaşov bunadan əvvəl "liverpul”lu həmyaşıdlarına qarşı oyunda da fərqlənmişdir.

21988 oxunub

InvestAZ