XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Neftçi” hazırlığını davam etdirir
İdman 16:15 / 15.01.2020

Bakının "Neftçi” futbol klubu təlim-məşq toplanışının ikinci mərhələsini davam etdirir. Komandamız Antalyada məskunlaşdığı "The Sense De Luxe” otelinin stadionunda məşqə çıxıb. Səhər məşqində futbolçular fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzunun rəhbərliyi altında fiziki yükləmələri yerinə yetiriblər. Daha sonra standart vəziyyətlər və qısa ötürmələr üzərində işləyiblər.
Təlim-məşq toplanışında komandanın iki aparıcı üzvü – Stiven Jozef-Monroz və Dario Frederiko iştirak etmirlər. Monroz sənəd probleminə görə hələ ki düşərgəyə qoşula bilməyib. Dario isə hazırlığını Bakıda – "Neftçi-2”nin heyətində davam etdirir.
Qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdıran "Neftçi” Bakı vaxtı ilə sabah saat 17:00-da Polşanın "LKS Lodz” klubu ilə qarşılaşacaq. "Ağ-qaralar” yanvarın 20-si Ukraynanın "Dinamo” (Kiyev), dörd gün sonra isə "Desna” klubu ilə üz-üzə gələcək.

21862 oxunub

InvestAZ