XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



99 yaşlı Olimpiya çempionu
İdman 16:36 / 14.01.2020

Beşqat Olimpiya çempionu Aqneş Keleti özünün 99-cu ad gününü qeyd edib. A.Keletinin adı idman tarixinə uğurlu macar gimnastı və Yay Olimpiya Oyunları tarixində hazırda sağ-salamat olan qızıl medal mükafatçısı kimi həkk edilib. Aqneş Keleti 1921-ci il yanvarın 12-də anadan olub. O, həmçinin Holokostu görmüş ən qocaman idmançı qadın hesab edilir. Keleti idman gimnastikası üzrə 10 medal, o jümlədən 1952-ji ilin Helsinki və 1956-cı ilin Melburn olimpiadalarında 5 qızıl medal qazanıb. Onun Macarıstanın qılıncoynatma və atletika klublarında çıxışları da uğurlu idmançı, 1939-cu ildə ölkənin milli komandasına düşməzdən əvvəl Milli Gimnastika Assosiasiyasının heyətində çıxış edib. 1940-cı ildə Keleti ilk dəfə Macarıstan çempionu titulunu qazanıb, lakin yəhudi mənşəli olduğunu görə elə həmin il onun idmanla məşğul olmasına qadağa qoyulub.

22541 oxunub

InvestAZ