XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Ulduzlar da Avstraliyadakı yanğına biganə qalmadılar
İdman 18:51 / 13.01.2020

Milli Basketbol Assosiasiyasının (NBA) 9 avstraliyalı oyunçusu öz ölkəsində meşə yanğınlarına qarşı mübarizə məqsədilə 750 min dollar məbləğ ayırıb.
Avstraliyanın şərq sahillərində genişmiqyaslı meşə yanğınları nəticəsində xeyli ərazi od içindədir, yanğınlar 6,5 milyon hektardan çox meşə ərazisini məhv edib. Yanğınlar 25 nəfər, o cümlədən 3 yanğınsöndürən və minlərlə canlının həyatına son qoyub. Formula 1 yarışlarının məşhur simalarından olan "Mersedes”in pilotu Luis Hemilton da bu faciəyə biganə qalmayıb. O, şəxsi Twitter hesabında yanğınla mübarizə üçün 500 min dollar bağışlayacağını deyib. "Avstraliya meşə yanğınları insanlara, heyvanlara zərər vurmasını görmək məni çox məyus edir. Bu həqiqətən ürək parçalayan mənzərədir. Heyvanları, könüllüləri və yanğın xidmətlərini dəstəkləmək üçün 500 min dollar bağışlayacağımı vəd edirəm”, - deyə idmançı qeyd edib.

41229 oxunub

InvestAZ